Subotiç "Qarabağ"a keçidi barədə danışdı

Subotiç "Qarabağ"a keçidi barədə danışdı

"Qəbələ"nin sabiq hücumçusu Daniel Subotiç "Qarabağ"a keçəcəyi barədə xəbərlərə münasibət bildirib. Fanat.az xəbər verir ki, Küveytin "Əl-Kadisiya" klubunun şərəfini qoruyan qoleador Ağdam təmsilçisindən təklif almadığını bildirib.

Buna baxmayaraq, Subotiç yenidən ölkəmizdə çıxış etməyə hazır olduğunu dilə gətirib: "Açığı, "Qarabağ"dan heç bir təklif almamışam. Heç bu barədə eşitməmişəm də. Əgər ciddi təklif gəlsə, fikirləşməyə dəyər. Azərbaycanda çıxış etmişəm və "Qarabağ"ın səviyyəsinə bələdəm".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər