"Sivasspor"un yarımmüdafiəçisi "Qarabağ"a qarşı oynamayacaq

"Sivasspor"un yarımmüdafiəçisi "Qarabağ"a qarşı oynamayacaq
"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən olan "Sivasspor" itki ilə üzləşib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Erdoğan Yeşilyurt Super Liqanın V turunun "Kayserispor"la səfər oyununda (3:1) zədələnib.
Topuğundan xəsarət alan 27 yaşlı futbolçunun 3 həftədən sonra sıraya dönəcəyi bildirilib. Bu isə o deməkdi ki, təcrübəli oyunçu Avropa Liqasının III turunda noyabrın 5-də evdə "Qarabağ"la keçiriləcək görüşü buraxacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər