"Sivasspor"un legioneri "Qarabağ"la matçı buraxa bilər

"Sivasspor"un legioneri "Qarabağ"la matçı buraxa bilər
Türkiyənin "Sivasspor" komandasının futbolçusu Maks Qradel Avropa Liqasının qrup mərhələsində IV turun "Qarabağ"la matçını buraxa bilər.
Fanat.Az xəbər verir ki, 32 yaşlı vinger Kot d İvuar yığmasının heyətində Afrika Millətlər Kubokunun seçmə mərhələsində Madaqaskarı 2:1 hesabı ilə məğlub etdikləri görüşdə zədələnib.
85-ci dəqiqədə çiynindən xəsarət alan afrikalı oyunçu meydanı xərəkdə tərk edib. Qradelin durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, noyabrın 26-da keçiriləcək "Qarabağ" - "Sivasspor" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi Azərbaycandakı hərbi vəziyyətlə bağlı ev qarşılaşmalarını neytral meydanda keçirir. Ölkə çempionu Türkiyə təmsilçisi ilə qarşılaşmanın Bakıda keçirilməsi üçün UEFA-ya müraciət edib.(Report.az)
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər