“Sivasspor” “Qarabağ”la oyun üçün TFF-yə müraciət etdi

“Sivasspor” “Qarabağ”la oyun üçün TFF-yə müraciət etdi
Türkiyə klubu "Sivasspor” Avropa Liqasının qrup mərhələsində keçiriləcək ev oyunlarına azarkeşləri cəlb etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, İ qrupunda "Vilyarreal” (İspaniya), "Qarabağ” (Azərbaycan) və "Makkabi” (Təl-Əviv, İsrail) ilə mübarizə aparacaq Super Liqa təmsilçisi adıçəkilən komandalarla ev matçlarını boş tribunalar önündə keçirmək fikrində deyil.
UEFA-nın qaydalarına əsasən, yerli dövlət orqanlarının icazəsi olarsa, tribunaların 30 faizinə azarkeş buraxmaq mümkündür. "Sivasspor” rəhbərliyi də bunu nəzərə alaraq Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi müraciət ünvanlayıb. Klub hazırda federasiyanın verəcəyi qərarı gözləyir.
Qeyd edək ki, "Sivasspor”un "Qarabağ”la Sivasdakı matçı noyabrın 5-də keçiriləcək. (Apasport.az)
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər