Şirinov dubl etdi, "Neftçi" qələbə qazandı

Şirinov dubl etdi, "Neftçi" qələbə qazandı

Türkiyədə - Manavqat bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" ilk sınaq oyununu keçirib.

 

Fanat.Az-ın məlumatına görə, bakılılar Rumıniyanın "Qaz Metan" klubu ilə üz-üzə gəlib.

Paytaxt təmsilçisi böyük hesablı qələbə qazanıb – 3:0.

 

Qeyd edək ki, yanvarın 27-dək Antalyada qalacaq "Neftçi"nin digər rəqibləri "İstiqlal" (İran - 20 yanvar), "Slovan” (Çexiya - 23 yanvar) və "Beroe"di (Bolqarıstan - 26 yanvar).

Yoxlama görüşü

18 yanvar

"Neftçi" - "Qaz Metan" (Rumıniya) - 3:0

Qollar: Rəhman Hacıyev, 11, Əli Şirinov, 70, 82

"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 7.Namik Ələskərov, 10.Dario Frederiko, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 19.Jesse Sekidika, 22.Mirabdulla Abbasov, 25.Kirilo Petrov (K), 36.Mamadu Kane, 77.Elvin Sərkərov.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30. Aqil Məmmədov, 3.Mamadu Mbodj, 6.Qoran Paratski, 9.Baqali Dabo, 20.Elnur Süleymanov, 21.Məhəmməd Mirzəbəyov, 26.Ömər Buludov, 32.Mirkamil Əliyev, 70.Əli Şirinov, 95.Rəhman Daşdəmirov

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər