Silva "Mançester Siti"də görmək istədiyi hücumçunun adını açıqladı

Silva "Mançester Siti"də görmək istədiyi hücumçunun adını açıqladı
"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silva komandada görmək istədiyi hücumçunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "L’Equipe" (Quip) Silvanın sözlərini belə çatdırıb:
"Bu, Kilian Mbappedir. Mən "Monako"da oynayanda çox gənc olan Kilian komanda üçün xüsusi oyunçu sayılırdı. Həm də mənim dostumdur. "Mançester Siti" onu ala bilsəydi, pis olmazdı".
Qeyd edək ki, Silva və Mbappe 2015-2017-ci illərdə "Monako"da komanda yoldaşı olublar.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər