Serxio Ramos "Real"dan gedir - SƏBƏB

Serxio Ramos "Real"dan gedir - SƏBƏB
"Real"ın kapitanı Serxio Ramos komandadan ayrılır.
 
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, Madrid təmsilçisinin yeni müqavilə təklifini geri çevirib. 
 
Xəbərə görə, "Real" rəhbərliyi Ramosa 1 illik müqavilə və cari maaşının 10% azaldılmasını təklif edib. Lakin 2 illik müqavilə istəyən futbolçunu klubun təklifi qane etməyib.
 
İyulun 1-də sözləşməsi başa çatacaq 35 yaşlı müdafiəçi azad agent statusu daşıyacaq. 
 
Qeyd edək ki, İngiltərənin "Mançester Siti" və Fransanın PSJ klubları Serxio Ramosun xidmətində maraqlıdır. 
 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər