Keçən çərşənbə günü səhhəti ilə əlaqədar karyerasını bitirdiyini elan edən "Barselona"nın keçmiş hücumçusu Serxio Aquero bir neçə iş təklifi alıb.
Fanat.Az Argentina mətbuatına istinadən xəbər verir ki, ona mediada məsləhətçi və ya şərhçi də daxil olmaqla, bir neçə vəzifə təklif edilsə də, o, bunların heç biri ilə maraqlanmayıb və futbol dünyasında qalmaq istədiyini bəyan edib.
Mətbuat onun keçmiş klubu "Mançester Siti" tərəfindən edilən təklifə isti yanaşdığını bildirir. Konkret, söhbət dünya səfiri postundan gedir. Beləliklə, Aquero on il ərzində (2011-2021) xidmət etdiyi, 260 qol vuraraq bombardiri olduğu və Premyer Liqada 5 çempionluq da daxil olmaqla 15 titul qazanaraq tarixinə imza atdığı klubu beynəlxalq miqyasda tanıtdıracaq. Mirağa