Serbiya millisinin üzvündən “Neftçi”nin futbolçusuna hədiyyə - FOTO

Serbiya millisinin üzvündən “Neftçi”nin futbolçusuna hədiyyə - FOTO
"Neftçi" klubunun futbolçusu Mamadu Mboc 2022-ci il dünya çempionatının seçmə oyunu üçün Bakıda səfərdə olan Serbiya yığmasının düşərgəsini ziyarət edib.
Fanat.Az xəbər verir ki, 28 yaşlı seneqallı müdafiəçi sabiq komanda yoldaşı Marko Qruiç ilə görüşüb.
İcarə əsasında Portuqaliyanın "Portu" klubunda çıxış edən 25 yaşlı yarımmüdafiəçi Mboca yığmadakı formasını hədiyyə edib.
 
Serbiya millisinin üzvündən “Neftçi”nin futbolçusuna hədiyyə - FOTO
Qeyd edək ki, Mamadu Mboc 2014/2015 mövsümündə Serbiyada "Srvena Zvezda"nın formasını geyinib. Marko Qruiç isə bu klubun yetirməsidir və 2013 - 2016-cı illərdə əsas komanda oynayıb. Serbiyalı oyunçu müqavilə İngiltərənin "Liverpul" klubuna məxsusdur.
Bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Serbiya matçı saat 20:00-da başlayacaq.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər