AZAL "Qarabağ"la oyuna tam heyətlə çıxmayacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov XXIX turun matçında Branislav Arseniyeviçin xidmətindən yararlana bilməyəcək.
Belə ki, serb müdafiəçi cəzalı duruma düşüb. "Sumqayıt"la qarşılaşmanın 44-cü dəqiqəsində hakimin qərarına etiraz etliyinə görə cəzalanan Arseniyeviç sarı vərəqə limitini doldurub. O, bundan əvvəl "Simurq" (IX tur), "Xəzər Lənkəran" (XV) və "Bakı" (XXVII) ilə oyunlarda cəzalanmışdı.
Fanat.az