Səlahət Ağayev "Neftçi”dəki durumundan razı deyil.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, büdcəyə qənaət etmək tapşırığı alan "Neftçi” qapıçının maaşını azaltmaq istəyir.
Səlahət isə rəhbərliyin istəyi ilə razılaşmır. Arzulanan oyunu sərgiləməyən əlcək sahibi başqa klubdan daha sərfəli təklif alacağı təqdirdə, müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilə bilər.
Qeyd edək ki, Səlahətin "Neftçi" ilə olan müqaviləsinin müddəti 2021-ci ilin yayında bitəcək.
Fanat.Az