"Neftçi”dəki durumundan razı olmayan Səlahət Ağayevin performansı baş məşqçi Füzuli Məmmədovun da ürəyincə deyil.
Fanat.Az-ın məlumatına görə, Aqil Məmmədovun kölgəsində qalan Ağayev özü də durumun ciddiliyinin fərqindədi. "Ağ-qaralar”la müqaviləsinin müddəti 2020/21 mövsümünün sonuna qədər olan qolkiper müntəzəm oynayacağı komandaya keçmək istəyir.
Elə məşqçilər korpusu da Bakı klubunda gözlənilənləri verməyən "çərçivə” qoruyucusuyla vidalaşmağa hazırdı.
Futbolçunun özündən məsələ ilə bağlı açıqlama almağa çalışsaq da, qolkiper zənglərimizi cavabsız qoydu.
Fanat.Az