Səlahət Ağayev “Neftçi”də “50”yə çatdı

Səlahət Ağayev “Neftçi”də “50”yə çatdı
Azərbaycan Premyer Liqasının XI turu "Neftçi”nin qapıçısı Səlahət Ağayev üçün yubileylə əlamətdar olub. 
Fanat.Az xəbər verir ki, qolkiper Bakı klubunun heyətində 50-ci çempionat oyununu keçirib. "Keşlə” ilə görüşdə 1:2 hesabı ilə uduzan "ağ-qaralar”ın qapıçısı bu matçlarda 46 top buraxıb. O, 2017/18 mövsümündə 11 (-11), ötən çempionatda 28 (-26), cari turnirdə 11 (-9) qarşılaşmada iştirak edib.
Səlahət Azərbaycan çempionatları tarixində "Neftçi”də 50 və daha çox oyun keçirən 6-cı qapıçıdır. Ağayev bu göstəricidə Elxan Həsənov (135), Saşa Stamenkoviç (98), Vladimir Miçoviç (92), Cahangir Həsənzadə (82) və Hüseyn Məhəmmədovdan (51) geri qalır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər