"Qarabağ"ın qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına müsahibəsində maraqlı məqamlara toxunub. Fanat.az xəbər verir ki, bosniyalı qolkiper Ağdam klubundan ayrılma ehtimalından danışıb.
Təcrbüəli əlcək sahibi yaxşı təklif olacağı halda Azərbaycan klubunda gedə biləcəyini söyləyib: "Qarabağ"la iki illik sözləşməm var. Avropdan təklif alsam, bu barədə düşünmək olar. "Qarabağ" üçün də sərfəli təklif olsa, komandadan gedə bilərəm. Ancaq indiki halda məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı. Heyətimizi gücləndirməklə buna nail olmağa çalışacağıq".
Bundan başqa o, "atlılar"ın Premyer Liqadakı çıxışından da söz açıb: "Hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşmışıq. Premyer Liqaya yeni vəsiqə qazanan "Zirə"dən öndəyik. Komanda yeni yarandığı üçün avrokuboklarda iştirak etməyəcək. "Qəbələ" ilə "Neftçi" də bizdən çox aralıdı. Buna görə mövqeyimizi əldən verəcəyimizi düşünmürəm".
Fanat.az