"Qarabağ"ın futbolçusu İbrahim Şehiç düşərgəsində olduğu Bosniya və Herseqovina millisinin düşərgəsini tərk edib. Fanat.az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Mehmet Bajdareviç məluat verib.
O bildirib ki, qolkiper yığmanın düşərgəsini tərk edib. Uzun fasilədən sonra milliyə çağırılan Şehiç Andorra ilə AVRO-2016-nın seçmə mərhələ oyununda (3:0) ehtiyatda qalıb. Amma İbrahim millisi ilə Vyanaya yollanmayıb.
Bosniya və Herseqovina bu gün Avstriya ilə yoxlama oyunu keçirəcək. Şehiç Avstriyaya yollanmayaraq "Qarabağı"n düşərgəsinə dönüb. Belə ki, o, “İnter”lə Premyer Liqa oyununa görə icazə istəyib. Milli komandanın məşqçilər korpusu da onun gedişinə icazə verib.
Fanat.az