“Səbail”lə “Qarabağ”ın 26-cı dueli

“Səbail”lə “Qarabağ”ın 26-cı dueli

“Qarabağ” Misli Premyer Liqasında növbəti oyununa bu gün çıxacaq.

Fanat.Az xəbər verir ki, sözügedən komanda 21-ci turun matçında “Səbail”lə görüşəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda səfərdə “Səbail”lə qarşılaşacaq. Bu, rəqiblər arasında ölkə çempionatlarında 26-cı görüş olacaq.

“Səbail”lə ilk dəfə 2017/18 mövsümündə qarşılaşan “Qarabağ” bu rəqiblə 25 dəfə üz-üzə gəlib. Əvvəlki oyunlarda Ağdam təmsilçisi böyük üstünlüyə malikdir.

20 qələbəsi olan “Qarabağ” 2 heç-heçə edib və 3 dəfə meydanı xalsız tərk edib. Texniki nəticə nəzərə alınmamaqla top fərqində də böyük üstünlük var – 54-11.

“Qarabağ” səfər matçlarında da üstündür. “Qarabağ” əvvəlki 13 oyunun 9-da qalib gəlib. İki heç-heçəsi olan komanda eyni sayda görüşdən xalsız ayrılıb. Qurbanovun yetirmələri səfərdə 25 qol vurub və yalnız 8 top buraxıb.

Fevralın 3-də “ASCO Arena”da keçiriləcək “Səbail” - “Qarabağ” matçına saat 15:00-da start veriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər