"Səbail"in legioneri "Neftçi" ilə matçda oynamayacaq

"Səbail"in legioneri "Neftçi" ilə matçda oynamayacaq
Azərbaycan Premyer Liqasının I turunda "Neftçi" ilə qarşılaşacaq "Səbail" komandası matça itki ilə çıxacaq. 
Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baş məşqçi Aftandil Hacıyev afrikalı yarımmüdafiəçi Hendrik Ekşteynin xidmətindən yararlana bilməyəcək. 
29 yaşlı oyunçunun valideynləri avtomobil qəzasına düşüb. Ekşteyn bu səbəbdən klubdan icazə alıb və Cənubi Afrika Respublikasına yollanıb. O, bazar günü Bakıya qayıdacaq. 
Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Səbail" matçı saat 20:30-da başlayacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər