"Şaxtyor" Donetskə qayıdır? - Puşilin

"Şaxtyor" Donetskə qayıdır? - Puşilin

Qondarma Donetsk Xalq Respublikasının (DXR) rəhbəri Denis Puşilin "Şaxtyor"u qaytarma planlarından danışıb.

Fanat.Az xəbər verir ki, "Match TV" 41 yaşlı siyasətçinin dediklərini belə çatdırıb:

“Rusiya Futbol İttifaqı ilə əlaqə hələ qurulmayıb, lakin Donetskdə əsl “Şaxtyor”un olması planlarımıza daxildir. Bu, klub bərpa edilməlidir. Üstəlik, bu məsələ Donbass əhalisi tərəfindən çox ciddi dəstək alıb. Planlarımızın gələn il həyata keçəcəyini gözləyirəm".

Xatırladaq ki, hazırda “Şaxtyor” klubu 2014-cü ildə regionda vəziyyətin gərginləşməsindən sonra Donetski tərk edib. "Mədənçilər"  2021/2022-ci il mövsümünün ev oyunlarını Kiyevdəki "NSC Olimpiyskiy" stadionunda keçirib. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər