Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" bu gün doğma meydanda ikinci oyununa çıxıb.
Ağdam təmsilçisinin rəqibi "Dnepr" olub. Hesabı 15-ci dəqiqədə Nikola Kaliniç açıb. "Qarabağ" buna 36-cı dəqiqədə Leroy Corcun qolu ilə cavab verib. İkinci yarıda daha bir qol vurub. 73-cü dəqiqədə dublunu rəsmiləşdirən Kaliniç "Dnepr"ə 2:1 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, "Qarabağ" Avroliqanın qrupunda keçirdiyi ilk oyunda evdə "Sent-Etyen"lə "sülh" bağlayıb (0:0), ardınca səfərdə "İnter"ə yenilib (0:2). Komandamız III turda səfərdə "Dnepr"ə qalib gəlmişdi - 1:0.
Avropa Liqası
Qrup mərhələsi
IV tur, 6 oktyabr
21.00 Qarabağ (Azərbaycan) - Dnepr (Ukrayna) 1:2
Qol: Leroy Corc, 36 - Nikola Kaliniç, 15; 73.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (77. Cavid Tağıyev, 77), 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc (17. Vüqar Nadirov, 65), 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
Dnepr: 71. Denis Boyko, 3. Andrey Majux, 9. Nikola Kaliniç, 10. Yevgeni Konoplyanka, 14. Yevgeni Çeberyaçko, 17. İvan Striniç (7. Caba Kankava, 46), 18. Roman Zozulya, 20. Bruno Qama (28. Yevgeni Şaxov, 85), 23. Duqlas, 29. Ruslan Rotan (k) (4. Sergey Kravçenko, 90), 44. Artyom Fedetski.
Ehtiyat oyunçular: 16. Yan Laştuvka, 11. Yevgeni Seleznyov, 21. Mladen Bartuloviç, 24. Valeri Luçkeviç.
Baş məşqçi: Miron Markeviç.
Sarı vərəqələr: Bədavi Hüseynov, 45+1 - İvan Striniç, 30. Nikola Kaliniç, 45+1. 7. Caba Kankava, 49. Ruslan Rotan, 51.
Hakimlər: Pavel Gil, Piotr Sadçuk, Marçin Borkovski, Konrad Sapela (Polşa).
Əlavə köməkçi hakimlər: Paael Raşkovski, Kristof Yakubik (Polşa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
| 1 | İnter | 4 | 2 | 2 | 0 | 4:1 | 8 |
| 2 | Sent-Etyen | 4 | 0 | 4 | 0 | 1:1 | 4 |
| 3 | Dnepr | 4 | 1 | 1 | 2 | 2:3 | 4 |
| 4 | Qarabağ | 4 | 1 | 1 | 2 | 2:4 | 4 |
Fanat.az