"Mançester Siti", yoxsa "Bavariya"? - Sane gələcəyi ilə bağlı qərarını verdi

"Mançester Siti", yoxsa "Bavariya"? - Sane gələcəyi ilə bağlı qərarını verdi
Leroy Sane "Mançester Siti" ilə müqavilə yeniləməyəcək.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, tərəflər arasında müqavilənin uzadılması ehtimal daxilində deyil. Sane karyerasını "Bavariya"da davam etdirmək qərarına gəlib.
"Bavariya" hələlik 24 yaşlı futbolçunun transferini "Mançester Siti" ilə razılaşdıra bilməyib.
Sane İngiltərə Superkuboku uğrunda "Liverpul"la oynanılan matçda çarpaz bağlarından zədə almış və mövsümün böyük hissəsini qaçırmışdı. Alman oyunçu bu ilin yanvar ayında komandanın sıralarına qayıtmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər