"Şalke 04" "Mançester Siti"nin forvardını aldı - RƏSMİ

"Şalke 04" "Mançester Siti"nin forvardını aldı - RƏSMİ

"Şalke 04” 18 yaşlı Rabbi Matondo ilə müqavilə bağladığını açıqlayıb.

 

 

Fanat.Az-ın məlumatına görə, uelsli hücumçunun anlaşmasının müddəti 2023-cü ilin 30 iyununa qədər nəzərdə tutulub.

 

Gənc forvard 14 nömrəli formanı geyinəcək. Matondo Almaniya klubunun mətbuat xidmətinə açıqlama da verib: "Bundesliqa əla turnirdi. Düşünürəm ki, "Şalke”yə keçmək atdığım doğru addımdı. Bura gələnə qədər yeni klubum haqda o qədər də çox bilmirdim. İndi Məsut Özil, İvan Rakitiç və Leroy Zane kimi oyunçuların məhz bu klubda peşəkar inkişafa doğru irəlilədiklərindən xəbərdaram. Bu kollektivin bir parçası olduğum üçün şadam”.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər