"Liverpul"un lideri Məhəmməd Salah Premyer Liqanın 28-ci turunda "Mançester Siti" ilə mövsümün ən vacib oyunu ərəfəsində yaşıl meydana qayıdır.
Fanat.Az xəbər verir ki, zədəsini sağaldan misirli ulduz Avropa Liqasının 1/8 final mərhələsinin "Sparta Praqa" ilə ilk oyununda meydana çıxacaq.
Bu barədə "Liverpul"un baş məşqçisi Yürgen Klopp klubun saytına açıqlama verib:
“Ehtiyatlı olmalıyıq, lakin mövsümün çox gərgin dövrünün ortasında hamımızın Salaha ehtiyacımız var. Görək ondan nə qədər istifadə edə biləcəyik”.
Qeyd edək ki, Məhəmməd Salah yanvarın 18-də Afrika Millətlər Kubokunda bud nahiyəsindən zədə alıb və bir ay sonra meydana qayıdıb. Lakin o, "Brentford" ilə matçda yenidən zədələnib.
Premyer Liqanın lideri "Liverpul" və ən yaxın izləyicisi "Mançester Siti" arasında görüş martın 10-da "Enfild"də baş tutacaq.
31 yaşlı Salah bu mövsüm 28 matçda meydana çıxıb, 19 qol vurub və 10 məhsuldar ötürmə edib.
Mirağa