Saka "Arsenal" tarixinin ən çox maaş alan futbolçusu olacaq - MƏBLƏĞ

Saka "Arsenal" tarixinin ən çox maaş alan futbolçusu olacaq - MƏBLƏĞ

London "Arsenal"ı hücumçusu Bukayo Saka ilə müqavilə yeniləməyə yaxındır.

Fanat.Az "TEAMtalk"a istinadən xəbər verir ki, nəzərdə tutulan anlaşmaya imza atacağı halda, o, klub tarixində ən yüksək maaş alan futbolçu olacaq.

24 yaşlı forvardla "topçular" arasında razılaşdırılmalı olan bəzi detallar qalsa da, proses müsbət məcrada gedir.

Qeyri-adi nəsə baş verməsə, İngiltərə millisinin üzvü müddəti 2031-ci ilə qədər olacaq sazişə qol çəkəcək və "Arsenal" tarixində həftəlik 300 min funt sterlinq qazanan ilk oyunçu ünvanına sahib çıxacaq.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər