Şahin Diniyev "Qarabağ"a məğlubiyyəti şərh etdi

Şahin Diniyev "Qarabağ"a məğlubiyyəti şərh etdi

Misli Premyer Liqasının 6-cı turunun "Qarabağ" - "Səbail" matçından sonra "dənizçilər"in baş məşqçisi Şahin Diniyev oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra keçirilən mətbuat konfransında belə deyib:

"Yaxşı oyun oldu. Azarkeşlər üçün qarşılıqlı hücum şəraitində keçən matç idi. “Qarabağ” səviyyəcə liqadakı komandalardan bir baş üstündür. Komandamızın “Qarabağ”a qarşı belə dayanması məni sevindirdi. Pis təsir bağışlamadıq. Fərdi səhvlərimiz oldu. “Qarabağ”ı təbrik edirəm. Öz komandama isə təşəkkür edirəm. Transferlər gözlənilmir. Transfer məsələsi bizim üçün bağlanıb. Çalışacağıq ki, bu heyətlə uğur qazanaq".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər