“Neftçi”nin prezidenti Sadıq Sadıqov “Qarabağ”ı Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. Fanat.az xəbər verir ki, “Qarabağ”ın prezidenti Abdulbari Gözələ ünvanlanmış təbrik məktubunda deyilir:
“Neftçi” PFK kollektivi adından UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarixi uğura imza atmağınız münasibətilə Sizi və rəhbərlik etdiyiniz “Qarabağ” FK-nın məşqçilər heyəti, futbolçular və bütün əməkdaşlarını təbrik edirik. Doğma Qarabağımızın Avropanın böyük futbol ailəsi - UEFA Avropa Liqasının qrup mərhələsində olmağı tək idman yox, eyni zamanda xalqımızın uğuru baxımından böyük nailiyyətdir. Bir daha Sizi təbrik edir və Avroliqanın qrup oyunlarında uğurlar arzulayıram”.
Fanat.az