Sabiq referi "Araz-Naxçıvan"ın oyunçularına "dərs keçdi"

Sabiq referi "Araz-Naxçıvan"ın oyunçularına "dərs keçdi"

Bu gün “Araz-Naxçıvan”ın əsas komandası üçün hakimlik məsələləri və oyun qaydaları ilə bağlı seminar təşkil olunub.

Fanat.Az xəbər verir ki, seminarda AFFA-nın Hakimlər Departamentinin mütəxəssisi, keçmiş FİFA referisi Orxan Məmmədov, komandanın futbolçu və məşqçi heyəti iştirak ediblər.

Komitə təmsilçisi hakimlik və oyun qaydaları haqda danışıb. bu mövzuda sualları cavablandırıb, videoçarxda nümayiş olunan oyun epizodlarını şərh edib, eyni zamanda epizodlarla bağlı müzakirələr aparılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər