Sabiq "Qarabağ"lıdan Kasilyasa 2 qol - VİDEO

Sabiq "Qarabağ"lıdan Kasilyasa 2 qol - VİDEO
Portuqaliya Premyer Liqasında XXVI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Portu" ötən gecə evdə “Union Madeyra”nı sınağa çəkib. 
Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində hər iki qola “Qarabağ”ın sabiq futbolçusu Danilo Dias imza atıb. O, 62-67-ci dəqiqələrdə İker Kasilyası məyus edərək hesabı bərabərləşdirib. Lakin "Portu" 87-ci dəqiqədə qələbə qolunu vura bilib.
Bu Diasın “Union Madeyra”nın heyətində keçirdiyi 22-ci çempionat matçı və 7-ci qolu olub. 2014/15 mövsümündə "Qarabağ"da forma geyinmiş braziliyalı futbolçu Ağdam klubunun heyətində 16 rəsmi oyuna çıxmış və cəmi 2 qola imza atmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər