Sabiq "Qarabağ"lı türk klubu ilə anlaşdı

Sabiq "Qarabağ"lı türk klubu ilə anlaşdı

"Qarabağ"ın sabiq üzvü Leroy Corc karyerasını Türkiyədə davam etdirə bilər. Fanat.Az xəbər verir ki, "Göztəpə"dən ayrılan hollandiyalı futbolçu "Qaziantep BB"nin maraq dairəsinə düşüb.

Leroyun "Göztəpə" ilə bir illik müqaviləsi var. Amma İzmir təmsilçisi ona özünə yeni klub tapmağı tapşırıb. Hollandiyalı futbolçu artıq "Qaziantep BB" ilə anlaşıb. Sadəcə onun "Göztəpə"dən alacağı var və bu səbəbdən müqavilə imzalamağa tələsmir. Leroy klubundan borclarını aldıqdan sonra müqavilə imzalamaq niyyətindədi.

Qeyd edək ki, Leroy "Qarabağ"da çıxış etdiyi 2013/14 və 2014/15 mövsümlərində 86 oyuna çıxıb və 26 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər