Sabiq "Qarabağ"lı Gürcüstanda "at oynadır"

Sabiq "Qarabağ"lı Gürcüstanda "at oynadır"
Yayda "Qarabağ"dan ayrılan 3 legioner 3 müxtəlif ölkədə çıxış edir. Fanat.az xəbər verir ki, onlar Gürcüstan, Çexiya və Albaniya çemponatlarında top qovur.
"Qarabağ"ın uğursuz transferlərindən olan, Tiflis "Dinamo"sundan 6 aylıq icarəyə götürülən Jaba Dvali "Zestafoni"yə transfer olundu. Yeni komandasının heyətində Avropa Liqasında 2 oyun keçirib və 124 dəqiqə oynayan hücumçu qol hesabını aça bilməsə də, çempionata uğurlu başlayıb. O, Gürcüstan birinciliyinin 5 oyununda 394 dəqiqə oynayıb və 4 qola imza atıb. "Quriya" ilə oyunda dubl edən Jaba Tiflis "Dinamo"su və "Kolxeti" ilə oyunlarda bir dəfə fərqlənib. Dvali "Samtrediya" matçında qırmızı vərəqə alıb. Bu futbolçu "Qarabağ"ın heyətində keçirdiyi 6 oyunda 206 dəqiqə oynasa da, qol vura bilməmişdi.
Ulriş Kapolonqo "Qarabağ"dan ayrıldıqdan sonra Çexiyanın "Teplitse" klubuna üz tutdu. Konqolu forvard çempionatda 6 oyun keçirib, 252 dəqiqə oynayıb və 1 sarı vərəqə alıb. O, Çexiya Kubokunun 2 oyununda 156 dəqiqə forma şansı qazanıb və yeganə qoluna da bu turnirdə imza atıb. Ulriş "Jiskra" ilə oyunda fərqlənib. Bu futbolçu "Qarabağ"ın heyətində 21 oyun keçirmiş, 704 dəqiqə oynamış və 3 qola imza atmışdı.
Qurban Qurbanovun ümidlərini doğrultmayan daha bir gürcü Nikolas Gelaşvili "Qarabağ"ı "Zestafoni"yə dəyişsə də, bu komandada uzun müddət qalmadı. Avropa Liqasında oynadıqdan sonra Albaniyaya üz tutan Gürcüstan yığmasının üzvü "Flamurtari"nin uğurları üçün çalışır. O, Albaniya Super Liqasının 7 matçında forma geyinib, 382 dəqiqə oynayıb və 1 sarı vərəqə alıb. Gelaşvili "Elbasani" və "Apolonia" oyunlarda qol vuraraq komandasının qələbəsində pay sahibi olub. Gürcü forvard "Qarabağ"ın heyətində 34 oyuna çıxmış, 1887 dəqiqə oynamış və 5 qol vurmuşdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər