Sabiq "Qarabağ"lı baş məşqçisiz qaldı

Sabiq "Qarabağ"lı baş məşqçisiz qaldı

Türkiyənin "Göztəpə" klubu baş məqşçisiz qalıb. Fanat.az xəbər verir ki, PTT 1-ci liqa təmsilçisi Öndər Özənlə yollarını ayırıb. 

Bu barədə məlumatı qardaş ölkə mətbuatı yayıb. Yayılan məlumata görə, istefaya səbəb baş məşqçinin cəzalanmasıdı.

Məsələ burasındadı ki, "Qarabağ"ın sabiq futbolçusu Leroy Corcun da çıxış etdiyi klubun çalışdırıcısı İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılıb. Buna isə Özənin səhvə yol verməsi səbəb olub. Belə ki, o, media vasitəsi ilə "Fənərbaxça" və "Beşiktaş"ın prezidentlərinə qarşı xoş olmayan ifadələr işlədib. TFF də bu səbəbdən məşqçni cəzalandırıb və 7 min türk lirəsi dəyərində cərimə kəsib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər