Rövnəq Abdullayev "Araz Naxçıvan"dan danışdı

Rövnəq Abdullayev "Araz Naxçıvan"dan danışdı

"Azərbaycanın futbol hakimlərinin səviyyəsi Avropa çempionatlarındakı hakimlərdən yüksəkdi". Fanat.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev Premyer Liqada təmsil olunan "Araz Naxçıvan" komandasının fəaliyyətinin dayandırılmasında hakim səhvlərinin olması məsələsinə münasibət bildirərkən jurnalistlərə deyib.

Abdullayev bildirib ki, səhvsiz hakim yoxdu: "Lakin biz Azərbaycanda hakimin qəsdən səhv etməsinin kökünü kəsmişik. Sağlam gənc hakimlərin sayını artırmışıq. "Oynamıram" deyib, elə bəhanəni hakimin boynuna atmaq düzgün deyil". 

Trend

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər