Ruslan Abışov "Qarabağ"ı təkbaşına uddu

Ruslan Abışov "Qarabağ"ı təkbaşına uddu

Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünə start verilib. Fanat.Az xəbər verir ki, ilk turun ikinci oyun günündə daha bir qarşılaşma baş tutacaq.

Son çempion "Qarabağ" "İnter"in qonağı olacaq. Çempionluğun gizli favoriti kimi göstərilən "bankirlər"in ilk oyunda ağdamlılara qarşı necə oyun sərgiləcəyi maraqla gözlənilir. Çempionlar Liqası ilə vidalaşıb yoluna Avroliqada davam edən Qurban Qurbanovun komandasında isə psixoloji baxımdan durum elə də ürəkaçan səviyyədə deyil. Komandada ab-havanın yüksək olmaması elə oyunun nəticəsinə də təsir edə bilər.

Azərbaycan Premyer Liqası

2016/17 mövsümü

I tur

7 avqust

İnter - Qarabağ 2:1

Qol: Ruslan Abışov (69, 73) - Reynaldo (11)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov.

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Abbas Hüseynov.

Hakim inspektor: Məlik Həsənov.

"İnter Arena".

"İnter”: 1. Səlahət Ağayev, 17. Abbas Hüseynov, 27. Adrian Skarlatake, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 22. İlkin Qırtımov, 8. Nizami Hacıyev, 15. Ruslan Abışov, 24. Fuad Bayramov, 55. Ağabala Ramazanov, 11. Rauf Əliev

Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sərtan Taşkın, 3. Denis Silva, 88. Məmməd Quliyev, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad

Baş məşqçi: Zaur Svanadze

 

"Qarabağ”: 13. İbrahim Şehiç, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Markos Madera, 17. Namiq Ələsgərov, 22. Əfran İsmayılov, 97. Mahir Mədətov

Baş məşqçi: Qurban Qurbanov

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər