Rüdiger əməliyyat oluna bilər

Rüdiger əməliyyat oluna bilər

"Real Madrid"in müdafiəçisi Antonio Rüdiger əməliyyat oluna bilər.

Fanat.Az "Relevo"ya istinadən xəbər verir ki, müdafiəçi bir neçə aydır sol dizindəki ağrılardan əziyyət çəkir.

Məlumata görə, Almaniya millisinin futbolçusunda menisk problemi də aşkarlanıb.

Mümkün diz əməliyyatı ilə bağlı qərar cari mövsümün sonunda veriləcək. Rudiger qarşıdakı oyunlarda komandasına kömək edə bilmək üçün fizioterapevtlərin nəzarəti altında  çalışır.

Qeyd edək ki, 32 yaşlı oyunçu cari mövsüm "Real"ın forması ilə bütün turnirlərdə 47 matça çıxaraq 3 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər