Portuqaliyalı ulduz Kriştianu Ronaldu (Cristiano Ronaldo) "Mançester Siti" ilə razılığa gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliyanın "Calciomercato" nəşri məlumat yayıb.
Mənbə iddia edir ki, futbolçu klubla 2 illik müqavilə imzalayacaq. Müqavilənin şərtlərinə görə Ronaldu ilinə 16 milyon avro məvacib alacaq.
Xatırladaq ki, Ronaldu 2018-ci ildən "Yuventus"da çıxış edir. 36 yaşlı portuqaliyalı forvard ötən mövsüm 29 qol vuraraq İtaliya A Seryasının bombardiri olub.
Emin Şəmsiyev