"Roma" böyük klubdur, amma..." - Joze Mourinyu

"Roma" böyük klubdur, amma..." - Joze Mourinyu

"Roma"nın baş məşqçisi Joze Mourinyu yeni mövsüm barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, İspaniyanın AS qəzeti portuqaliyalı çalışdırıcının söylədiklərini belə çatdırıb:

"Roma" böyük klubdur. Bu göstəricidə əvvəllər çalışdırdığım komandalara uduzmur. Amma layihələr fərqlidir. Mən "Çelsi", "İnter" və "Real"a gedəndə hər şeyin böyük uğurlara hesablandığına şahidlik etmişdim. "Roma"da isə vəziyyət başqadır. Komanda uzun müddətdir ki, heç nə qazanmayıb. Ötən mövsümü A Seriyasının qalibindən 29 xal geri qalaraq, 4-cü pillədə bitirib.

Daha çox futbolçu alınması üçün rəhbərliyə təzyiq etmək hüququm yoxdur.  Komandada olanlarla işləməliyəm. Transfer bazarında fəallıq nümayiş etdirmək üçün hələ vaxtımız var".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər