Avropa Liqasının "pley-off" mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Göteborq" oyununu idarə edəcək hakimlər müəyyənləşib. Fanat.Az xəbər verir ki, UEFA qarşılaşmanı rus ədalət təmsilçilərinə tapışırıb.
Matçın baş hakimi Vladislav Bezborodov olacaq. Ona Valeri Dançenko və Maksim Qavrilin yardım edəcək. Dördüncü hakim funksiyasını Kirill Levnikov yerinə yetirəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçda hakimlərin işinə şimali irlandiyalı hakim-isnpektor Mixael Tomas Ross qiymət verəcək. UEFA nümayəndəsi isə Conni Vanspaun olacaq.
Vladislav Bezborodov artıq bir dəfə "Qarabağ"ın oyununu idarə edib. Belə ki, o, ötən il Avropa Liqasının bu mərhələsində İsveçrənin “Yanq Boyz” klubu ilə səfər matçında fit çalıb. Referi “Qarabağ”ın 1:0 hesablı qələbə qazandığı matçda Riçard Almeyda və Reynaldonu sarı vərəqə ilə cəzalandırmışdı.
O, 2011-ci ildə “Birlik Kuboku”nda Bakı “İnter”inin “Ventspils”lə (2:0) qrup və Belarus “Şaxtyor”u ilə final (0:0, pen.6:5) görüşlərinin baş hakimi olub.
Fanat.Az