Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" tam heyətlə hazırlıq keçə bilmir. Fanat.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Riçard Almeyda komandanın düşərgəsinə qayıtmayıb.
Braziliyalı futbolçu hazırda vətənində istirahət edir. Onun yanvarın 16-da Türkiyəyə gələrək, məşqlərə qoşulacağı bildirilir.
Qeyd edək ki, Riçard cari mövsüm 3 turnirdə (Premyer Liqa, Azərbaycan Kuboku, Avropa Liqası) 21 oyun keçirib, 1732 dəqiqə oynayıb və 4 qol vurub.
Fanat.az