Topaz Premyer Liqasında XXIII turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub.
Mərkəzi qarşılaşma "Neftçi" və "Qarabağ" arasında keçirilib. "Bakcell Arena"da baş tutan oyunun taleyini bir qol həll edib. Reynaldo Silva 90-cı dəqiqədə vurduğu qolla "Qarabağ"a qələbə qazandırıb.
Bununla da ardıcıl üçüncü oyunda komandasına 1:0 hesablı qələbə qazandırıb. Belə ki, "Qarabağ" XXI turda AZAL-ı, XXII turda isə "Simurq"u Reynaldonun qolu hesabına yenmişdi.
"Qarabağ" əsas rəqiblərindən birini yerməklə çempionluq yolunda önəmli addım atıb. Ağdam klubu indi ikinci pillədəki "İnter"i 9, ehtiyatda bir oyunu olan "Neftçi"ini isə 13 хal qabaqlayır.
Qeyd edək ki, bu gün "Qəbələ" "Xəzər Lənkəran" 3:1 hesabı olə yenib, "Simurq" - "Sumqayıt" və AZAL - "İnter" oyunları 1:1 hesabı ilə başa çatıb (bu barədə başqa xəbərdə oxu). "Bakı" isə bu turda istirahət edib.
Premyer Liqa
2014/15 mövsümü
III dövrə, XXIII tur
19 fevral
Neftçi - Qarabağ 0:1
Qol: Reynaldo Silva, 90.
Neftçi: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 3. Denis Silva, 7. Araz Abdullayev (21. Samir Məsimov, 46), 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos (11. Nikolas Kanales, 79), 16. Əziz Quliyev, 18. Kaue da Silva, 22. Rauf Əliyev (17. Rəhman Hacıyev, 79), 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 5. Elvin Yunuszadə, 28. Emin Mehdiyev, 90. Ernest Nfor.
Baş məşqçi: Arif Əsədov.Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc (17. Vüqar Nadirov, 88), 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev (99. Namiq Ələsgərov, 90+2).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 24. Admir Teli.Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Erik Ramos, 36 (qeyri-idman hərəkəti). Karlos Kardozo, 57 (qeyri-idman hərəkəti). Rauf Əliyev, 66 (qeyri-idman hərəkəti). Flavinyo, 71 (qeyri-idman hərəkəti) - Maksim Medvedev, 69 (qeyri-idman hərəkəti). Muarem Muarem, 71 (qeyri-idman hərəkəti). Leroy Corc, 90+1 (hakimin icazəsi olmadan meydançaya daxil olduğu üçün). Namiq Ələsgərov, 90+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Vaqif Musayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Məlik Həsənov.
"Bakcell Arena". 4500 tamaşaçı.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qarabağ | 20 | 14 | 4 | 2 | 36-18 | 46 | |
| 2 | İnter | 20 | 9 | 10 | 1 | 33-9 | 37 | |
| 3 | Neftçi | 20 | 9 | 6 | 5 | 25-16 | 33 | |
| 4 | Simurq | 21 | 8 | 5 | 8 | 30-24 | 29 | |
| 5 | AZAL | 20 | 6 | 6 | 7 | 22-28 | 25 | |
| 6 | Qəbələ | 21 | 6 | 7 | 8 | 25-31 | 25 | |
| 7 | Xəzər Lənkəran | 20 | 5 | 5 | 10 | 24-29 | 20 | |
| 8 | Sumqayıt | 20 | 4 | 7 | 9 | 20-28 | 19 | |
| 9 | Bakı | 20 | 2 | 5 | 13 | 14-46 | 11 | |
|
Bombardirlər | Nurlan Novruzov (Bakı), Draqan Çeran (Smurq) - 10. Mikel Alvaro (İnter), Junior Nildo (İnter), Məhəmməd Qurbanov (Sumqayıt) - 8. Rəşad Eyyubov (Simurq) - 7. | |||||||
Fanat.az