Reynaldo, Çumbinyo və Rəşad "Qarabağ"dan ayrı düşüb

Reynaldo, Çumbinyo və Rəşad "Qarabağ"dan ayrı düşüb
"Qarabağ" Antalyada təlim məşq-toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, komanda günü tək matçla başa vurub.
"Qarabağ" ənənəvi olaraq səhər məşqinə yerli vaxtla saat 11.00-da yollanınb. Hazırlıq prosesi 1 saat 40 dəqiqə davam edib. Öncə yüngül qaçışın ardında komanda 3-lü qrupda "kvadrat" oynayıb. Ardınca isə fiziki hazırlıq üzərində qurulmuş təmrinlər yerinə yetirilib. Məşqinin sonuncu bölümündə isə toplu çalışmalar baş tutub. Dar ərazidə futbol oynanıldıqdan sonra 10 dəqiqəlik qaçışla məşq başa çatıb.
Qeyd edək ki, məşqdə Rəşad Sadıqov və Cumbinyo fizioterapevt nəzarətində çalışıb. Digər braziliyalı Reynaldo da komandadan ayrı məşq edib. Amma Reynaldonun zədəylə bağlı problemi yoxdu. Baş məşqçi Qurban Qurbanovun icazəsiylə ölkəsindən 2 gün gec dönən forvard sabahdan kollektiv çalışmalarda iştirak edəcək. Sabaha "Qarabağ"ın 2 məşqi nəzərdə tutulub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər