"Qarabağ"ın rəqibi AEL-i yaxından tanıyaq

"Qarabağ"ın rəqibi AEL-i yaxından tanıyaq
"Aşdod"a qalib gələrək UEFA Konfrans Liqasının növbəti mərhələsinə adlayan "Qarabağ" növbəti mərhələdə Kiprin AEL klubu ilə qarşılaçacaq.
 
Fanat.Az Ağdam klubunun rəqibi haqqında maraqlı məlumatları diqqətinizə çatdırır: 
 
4 oktyabr 1930-cu ildə yaradılan AEL FİFA tərəfindən 1931-ci ildə tanınıb. Klubun ilk prezidenti Stavros Pittas seçilib. 
Komanda Kipr çempionatında ilk dəfə 1941-ci ildə qızıl medal qazanıb. Bu günə kimi isə 6 dəfə ölkə çempionu, 7 dəfə ölkə kuboku və 4 dəfə Kipr Superkubokunun qalibi olub.
2012/13-cü illər mövsümündə AEL Avropa Liqasında qrup mərhələsinın C qrupunda mübarizə aparıb. "Fənərbağça", "Olimpik Marsel", "Borussiya Mönhenqladbax" kimi klubların yer aldığı qrupda 4 xalla sonuncu olub.
 
Komanda ev oyunlarını Limassolda yerləşən "Tsirion Atletik" stadionunda keçirir.
 
"Qarabağ"ın rəqibi AEL-i yaxından tanıyaq 
Klubun ən sərrast və təhlükəli futbolçusu bir zamanlar Şotlandiya "Seltik"ində çıxış etmiş Stefan Şçepoviçdir (Stefan Scepovic). İspaniyanın "Malaqa" klubuna məxsus olan hücumçu AEL-də icarə əsasında çıxır edir. 
 
"Qarabağ"ın rəqibi AEL-i yaxından tanıyaq 
Komanda əsasən 4-3-3 taktiki düzülüşünə üstünlük verir. 
Klubun baş məşqçisi bosniyalı Duşan Kerkezdir. AEL onun rəhbərliyi altında 114 oyun keçirib. Onlardan 55-i qələbə, 39-u yenilgi ilə yekunlaşıb. 20 görüşdə isə qalib müəyyənləşməyib. 
 
"Qarabağ"ın rəqibi AEL-i yaxından tanıyaq 
Xatırladaq ki, AEL - "Qarabağ" arasında ilk oyun avqustun 5-i Limassolda keçiriləcək.
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər