Topaz Premyer Liqasında XVIII turun rəmzi komandası müəyyənləşib. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən hazırlanan son turun ən yaxşı 11-liyində "Qarabağ"ın mütləq üstünlüyü var.
Belə ki, Ağdam klubundan 7 futbolçu rəmzi komandaya düşüb. "İnter"in 3, "Xəzər Lənkəran"ın isə bir üzvü seçilənlər arasında olub.
Qapıçı: İbrahim Sehiç (Qarabağ).
Müdafiəçilər: Ansi Aqolli (Qarabağ), Rəşad Sadıqov (Qarabağ), Brüs Abdulaye (İnter), Maksim Medvedev (Qarabağ).
Yarımmüdafiəçilər: Arif Daşdəmirov (İnter), Riçard Almeyda (Qarabağ), Vüqar Nadirov (Qarabağ), Çumbinyo(Qarabağ).
Hücumçular: Mbilla Etame (Xəzər Lənkəran), Vaqif Cavadov (İnter).
Fanat.az