Topaz Premyer Liqasında XXIV turun rəmzi komandası və ən yaxşı oyunçusu müəyyənləşib. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun ən yaxşı futbolçusu "Neftçi"nin qapısına 3 qol vuran Reynaldo olub.
Ən yaxşı "11-lik"də "Qarabağ"ın üstünlüyü var. "Neftçi"ni 4:1 hesabı ilə yenən Ağdam klubunun 7 üzvü rəmzi komandaya düşüb. Komandanın yarımmüdafiə xətti "Qarabağ"lı futbolçulardan qurulub. "İnter"in 2, "Rəvan" və "Qarabağ"ın isə 1 üzvü fərqlənənlər arasında olub.
Qapıçı: Kamal Bayramov (Rəvan).
Müdafiəçilər: Ansi Aqolli (Qarabağ), Yohan Bokonyano (İnter), Bədavi Hüseynov (Qarabağ), Mahir Şükürov (Neftçi).
Yarımmüdafiəçilər: Muarem Muarem (Qarabağ), Riçard Almeyda (Qarabağ), Çumbinyo (Qarabağ), Leroy Corc (Qarabağ).
Hücumçular: Reynaldo (Qarabağ), Baçana Tsxadadze (İnter).
Fanat.az