"Real Madrid" Ramosun yerinə türk futbolçu transfer edir - 45 milyon avro

"Real Madrid" Ramosun yerinə türk futbolçu transfer edir - 45 milyon avro
Serxio Ramosla yolları ayıran "Real Madrid" müdafiənin mərkəzinə türk futbolçu transfer edir.
Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, Madrid klubu "Lester"dən Çağlar Söyüncünü heyətinə qatır. Məlumata görə, ispanlar Türkiyə millisinin üzvü üçün 30 milyon avro təklif edib. Lakin "Lester" bu məbləğlə razılaşmayıb və 45 milyon avro tələb edib. "Real Madrid"in bu məbləğlə razılaşacağı deyilir.
Qeyd edək ki, Çağlar Söyüncü 2016-cı ildə "Altınordu"ndan 7,93 milyon avroya "Frayburq"a keçib. "Lester" isə onu 2018-ci ildə 21,1 milyon avroya heyətinə qatıb. "Transfermarkt"ın 45 milyon avro qiymət qoyduğu futbolçu son mövsümdə 32 oyuna çıxaraq 1 qol vurub.
Aydın
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər