ÇL: "Real" evdə, "Yuventus" səfərdə uduzdu

ÇL: "Real" evdə, "Yuventus" səfərdə uduzdu
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, növbəti oyun günündə iki qarşılaşma baş tutub.
"Yuventus" "Lion"un qonağı olub. Meydan sahibləri matça ciddi itkilərlə çıxsa da, Turin klubu evə əliboş dönüb. 
Günün digər matçında "Real" "Mançester Siti"ni qəbul edib. "Kral Klubu" hesabı açaraq yerli publikanı sevindirib. Lakin "şəhərlilər" sonrakı dəqiqələrdə 2 top vuraraq səfərdə sərfəli nəticə qazanıb. Ramosun "qırmızı" alması isə Madrid təmsilçisinin İngiltərədə vəziyyəti xeyrinə dəyişmək şansını azaldıb.
Qeyd edək ki, fevralın 25-də "Çelsi" İngiltərədə "Bavariya"ya 0:3 hesabı ilə yenilib, "Napoli" İtaliyada "Barselona" ilə bərabərə qalıb - 1:1. Ötən həftə isə "Tottenhem" İngiltərədə "Leyptsiq"ə 0:1 hesabı ilə uduzub, "Atalanta" İtaliyada "Valensiya"nı darmadağın edib - 4:1. Bundan başqa, "Atletiko" İspaniyada "Liverpul"a 1:0, "Borussiya" (Dortmund) PSJ-yə 2:1 hesabı ilə qalib gəlib.
Çempionlar Liqası
1/8 final 
İlk oyunlar
26 fevral
Real (İspaniya) - Mançester Siti (İngiltərə) 1:2
Qollar: İsko, 60 - Jezus, 78; De Brüyne, 83
Qırmızı vərəqə: Ramos, 86
Real: Kurtua, Karvahal, Ramos, Varan, Benzema, Modriç, Kazemiro, Valverde, İsko, Mendi, Vinisius

Ehtiyat oyunçular: Areola, Militao, Kroos, Beyl, Marselo, Vaskes, Yoviç

Mançester Siti: Ederson, Uolker, Laport, Otamendi, Mendi, Rodriqo, Gündoğan, Mahrez, De Brüyne, Bernardo Silva, Jezus

Ehtiyat oyunçular: Bravo, Sterlinq, Aquero, David Silva, Fernandinyo, Kanselu, Foden

Baş hakim: Daniele Orsato (İtaliya).
"Santyaqo Bernabeu" stadionu.
  
Lion (Fransa) - Yuventus (İtaliya) 1:0
Qol: Tuzar, 31
Lion: Lopeş, Marsal, Marselo, Denayer, Tusar, Dyubua, Qimaraeş, Aua, Korne, Toko-Ekambi, Dembele

Ehtiyat oyunçular: Teteruşanu, Andersen, Terrye, Traore, Mendes, Tete, Kakere

Yuventus: Şensnı, Aleks Sandro, Bonuççi, De Liqt, Danilo, Rabyo, Pyaniç, Bentankur, Kuadrado, Dibala, Ronaldo

Ehtiyat oyunçular: Buffon, De Şilyo, Remzi, Matyuidi, İquain, Ruqani, Berndardeski

Baş hakim: Jesus Gil Manzano (İspaniya). 
"Olimpik Lion" stadionu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər