"Real" "Mançester Siti"nin futbolçusunu transfer etdi - RƏSMİ

"Real" "Mançester Siti"nin futbolçusunu transfer etdi - RƏSMİ
"Real" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "Kral Klubu" "Mançester Siti"nin yarımmüdafiəçisi Brahim Diazı transfer edib. 
19 yaşlı oyunçu ilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb. İspaniya mətbuatı "Real" bu transfer üçün İngiltərə klubuna 17 milyon avro təzminat ödəyəcəyini yazıb. Əldə ediləcək uğurlar və şəxsi göstəricilərdən asılı olaraq əlavə 7 milyon avro da ödənilə bilər.
Qeyd edək ki, "Mançester Siti" Diazı 2014-cü ildə - 15 yaşında "Malaqa"dan 350 min avroya transfer edib. İspaniya U-21-nin Mərakeş əsilli yarımmüdafiəçisi bu mövsüm Premyer Liqa klubunun əsas heyətində 4 oyuna çıxıb və 2 qol vurub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər