"Real" "Mançester Siti"dən futbolçu transfer edir.
Fanat.Az xəbər verir ki, Madrid klubu Brahim Diazı heyətinə qatmağa hazırlaşır. Artıq tərəflərin 13,5 milyon funt-sterlinqə (təxminən 15 milyon avro) transferi razılaşdırdığı bildirilir. "Real" Diazla 6 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Mançester Siti" Diazı 2014-cü ildə - 15 yaşında "Malaqa"dan 350 min avroya transfer edib. İspaniya U-21-nin Mərakeş əsilli yarımmüdafiəçisi bu mövsüm Premyer Liqa klubunun əsas heyətində 4 oyuna çıxıb və 2 qol vurub.
Fanat.Az