"Real Madrid” ilə yolları ayıran Rafael Varan İngiltərənin “Mançester Yunayted” klubu ilə müqavilə bağlayıb. Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. Fransalı stopperlə 4 illik müqavilə imzalanıb. “Qırmızı şeytanlar” bu transferə görə Madrid klubuna 40 milyon avro ödəyib. Müdafiəçi yeni komandasında “19” nömrəli formanı geyinəcək. Qeyd edək ki, Varan 2011-ci ildən “Real”da çıxış edirdi. O, bu komandanın heyətində 360 matça çıxıb. 28 yaşlı futbolçu daha öncə yetirməsi olduğu Fransanın “Lans” klubunda forma geyinib. Fransa millisində 79 matça çıxan mərkəz müdafiəçisi, 5 qol da vurub.
"Real Madrid"in ulduzu İngiltərə klubunda - RƏSMİ
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
18:56
04.10.2026
Millətlər Liqası: Azərbaycan Litvanı məğlub etdi