"Real Madrid"in Rüdiger arzusu puç oldu

"Real Madrid"in Rüdiger arzusu puç oldu

"Real Madrid" "Çelsi"nin müdafiəçisi Antonio Rüdigeri almaq fikrindən vaz keçib.

Fanat.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

"Kral klubu"nun bu adımı atmasının səbəbi maaş tələbidir. Belə ki, futbolçu həftədə 200 min funt sterlinq istəyir. Madrid təmsilçisi isə komandadakı digər oyunçuların maaşlarına görə bu qədər əmək haqqı verə bilmir.

Xatırladaq ki, daha əvvəl "Real Madrid" Rüdigerlə öz aralarında kluba keçid haqda bəzi razılığa gəlmişdilər.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər