"Real Madrid"in prezidentindən Mbappe açıqlaması

"Real Madrid"in prezidentindən Mbappe açıqlaması

"Real Madrid"in prezidenti Florentino Peres PSJ-nin futbolçusu Kilian Mbappenin (Kylian Mbappe) mümkün transferi ilə bağlı açıqlama verib. 

Fanat.Az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, Peres keçidlə bağlı məsələnin qış "transfer pəncərəsi" zamanı bəlli olacağını deyib:

"Yanvar ayında Mbappe ilə bağlı xəbər alacağıq. Ümid edirik ki, yanvarin 1-i hər şey həll olunacaq".

Xatırladaq ki, daha əvvəl 22 yaşlı futbolçu "Real Madrid"də çıxış etmək arzusunda olduğunu dilə gətirib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər