"Avropa Superliqa lahiyəsi açıqdır".
Fanat.Az xəbər verir ki, bu sözləri "Real Madrid"in prezidenti Florentino Peres turnirlə bağlı son vəziyyət haqda danışarkən deyib.
"Marca"ya açıqlama verən klub rəhbəri bildirib ki, "Biz istəyirik ki, bu liqa satılsın. UEFA gərək maraqlı turnirlərinin yaradılmasında maraqlı olsun. Futbol ölür, artıq gəncləri cəlb etmir, auditoriya gedir. Əgər bir tədbir görülməsə, vəziyyət daha da pisləşəcək".
Qeyd edək ki, aprelin 19-da fəaliyyətə başlayan Avropa Superliqasında 12 klubun iştirakı təsdiqlənmişdi. Lakin qısa zamanda artan təzyiqlər nəticəsində "Real Madrid”, "Yuventus” və "Barselona” istisna olmaqla, digər komandalar yarışdan imtina etmişdi.
Aygün